AMB yeni normativin tətbiqini planlaşdırıb | Banco.az

AMB yeni normativin tətbiqini planlaşdırıb

Azərbaycan Mərkəzi Bankı (AMB) ötən il təsdiqlədiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində yeni normativin tətbiqini planlaşdırıb.

Bunu mətbuat konfransında AMB sədrinin birinci müavini Əliyar Məmmədyarov deyib.

    O bildirib ki, bu normativ "xalis sabit maliyyələşmə nisbəti"dir.

    Ə.Məmmədyarov bu istiqamətdə araşdırmalar aparıldığını əlavə edib: “ Bu tətbiq bank sektorunun sabit, uzunmüddətli maliyyələşməsinin təşviq edilməsinə, likvidlik mövqeyinin daha uzunmüddətli planlaşdırılmasına, bununla da likvidlik risklərini daha effektiv idarə edilməsinə xidmət edəcək".