Azərbaycan Mərkəzi Bankının (AMB) ötən ay təsdiqlədiyi “Virtual aktivlərlə əməliyyatların aparılması Qaydası" çirkli pulların yuyulmasının qarşısını almaq məqsədi daşıyır.
Bunu qurumun baş direktoru Toğrul Əliyev uçot dərəcəsinin parametrlərində dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında bildirib.
"Həmin qərarın kriptovalyuta bazarının tənzimlənməsi ilə heç bir əlaqəsi yoxdur", - deyə o qeyd edib.
"Bu gün Azərbaycanda virtual aktivlərlə əməliyyat aparan oyunçu yoxdur" - deyə AMB rəsmisi əlavə edib.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!
