AMB: Nağd xarici valyutanın alışı satışını 400 milyon dollara yaxın üstələyib | Banco.az

AMB: Nağd xarici valyutanın alışı satışını 400 milyon dollara yaxın üstələyib

2025-ci ilin yanvar-noyabr aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 393 mln. ABŞ dolları üstələyib.

Bu barədə  Azərbaycan Mərkəzi Bankı xəbər verir.

    Qeyd edilib ki, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2.1 faiz bəndi azalaraq noyabrda 29%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2025-ci ilin 11 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 4.3% artaraq 11.4 mlrd. ABŞ dollarına çatıb.