Azərbaycan Mərkəzi Bankı (AMB) "M.A.X Sistemləri Plyus", "PulPal" və "CİBPAY" ödəniş təşkilatlarına icrası məcburi göstəriş verib.
Bu barədə AMB məlumat verib.
Məlumata görə, aparılan araşdırmalar zamanı məlum olub ki, sözügedən ödəniş təşkilatlarının hər üçündə məcmu kapitalın minimum miqdarı qaydalarla müəyyən edilmiş tələbdən aşağıdır.
Bundan əlavə, "M.A.X Sistemləri Plyus" MMC ödəniş əməliyyatlarının aparılması üçün qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyinin təmin edilməsinə dair tələbləri pozub.
Mərkəzi Bank, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” və “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın tələblərini əsas tutaraq pozuntu hallarının aradan qaldırılması üçün məcburi göstəriş verib.
apa