AMB: "Ani Ödəniş Sisteminin tarif siyasətində dəyişiklik hələ aktual deyil" | Banco.az

AMB: "Ani Ödəniş Sisteminin tarif siyasətində dəyişiklik hələ aktual deyil"

"Ani Ödəniş Sisteminin tarif siyasətində dəyişiklik hələ ki aktual deyil. Cari ilin sonuna kimi tarif siyasətinə baxıla bilər".

Banco.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova bildirib.

"Mərkəzi Bank-ın ödəniş sistemləri sahəsində əsas məqsədi ölkədə bu sahənin inkişafı və genişləndirilməsidir. Buna görə də biz kart ödənişlərindən daha çox hesab əsaslı ödəniş həllərinin genişləndiriıməsində maraqlıyıq. QR, hesab əsaslı pul köçürmələri və s. Məqsədimiz ödəniş sistemlərinə hər kəsin əlçatanlığının artırılmasıdır", - deyə o qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram