Müəllif: Tamara Mustafayeva, Banco.az
“Amazon” şirkəti “Alexa” departamentində işçilərin ixtisarına başlayıb.
Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi “Amazon”un süni intellektlə işləyən köməkçisi “Alexa”da bəzi əməkdaşlarının işdən çıxarıldığı bildirilib.
Bu barədə şirkətdən açıqlama yayıb.
Açıqlamada “Alexa” ilə bağlı əldə edilən irəliləyişin ümidverici olduğu və müştərilərin evlərində yarım milyarddan çox cihazla hər saatda on milyonlarla dəfə “Alexa” ilə qarşılıqlı əlaqədə olduqları qeyd olunub.
Məhsuldar süni intellektə edilən sərmayələrə diqqət çəkən açıqlamada şirkətin bəzi səylərinin biznes prioritetləri və müştəriləri maraqlandıran məsələlərə uyğun olaraq dəyişdirildiyi qeyd edilib.
Açıqlamada bu dəyişikliklərin bəzi təşəbbüslərin dayandırılması və bəzi işçilərin vəzifələrinə xitam verilməsi ilə nəticələndiyi bildirilib və işdən çıxarılan işçilərə töhfələrinə görə təşəkkür edilib.
Qeyd edək ki, ABŞ mətbuatında yer alan xəbərlərdə “Amazon”un “Alexa” departamentində işdən çıxarılanların sayının "bir neçə yüz" olduğu yazılır. Ötən həftənin əvvəlində də “Amazon”un oyun departamentində 180-dən çox insanın işdən çıxarıldığı, bəzi şöbələrin bağlandığı xəbər verilmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!