Müəllif: Tamara Mustafayeva, Banco.az
“Amazon” “Walmart”ı taxtdan salıb.
Banco.az xəbər verir ki, qlobal iş dünyasında uzun müddətdir gözlənilən tarixi bayraq dəyişikliyi baş verib.
Elektron ticarət və texnologiya nəhəngi olan “Amazon.com Inc.” illik gəlir göstəricisinə görə pərakəndə satış imperiyası “Walmart Inc.”i geridə qoyaraq dünyanın ən böyük şirkəti adını qazanıb.
1994-cü ildə Ceff Bezos tərəfindən bir qarajda təsis edilən Amazon-un bu uğuru ənənəvi pərakəndə ticarətin texnologiya və bulud hesablama qarşısında keçirdiyi dərin dəyişimin rəmzi olan mühüm dönüş nöqtəsi kimi tarixə düşüb.
717 milyard dollarlıq rekord
Açıqlanan son maliyyə nəticələrinə əsasən, Amazon 2025-ci maliyyə ilini 717 milyard dollar satış gəliri ilə başa vurduğunu bildirib. Buna qarşılıq, on ildən artıq müddətdir siyahının zirvəsində qərarlaşan Walmart 31 yanvar tarixində başa çatan 12 aylıq dövr üzrə 713,2 milyard dollar gəlir açıqlayıb.
İstehlakçı xərclərinin fiziki mağazalardan rəqəmsal mühitə yönəlməsi Amazon-un yüksəlişində əsas hərəkətverici amil olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
