"Amazon" qiymət artımında ittiham olunur | Banco.az

"Amazon" qiymət artımında ittiham olunur

Müəllif:Mehin Qasımova/Banco.az

FTC Amazon-a qarşı inhisar gücündən qeyri-qanuni istifadə edərək rəqabətə zidd hərəkət etdiyini iddia edərək məhkəməyə müraciət edib.

Banco.az xəbər verir k,FTC-nin ABŞ-ın pərakəndə nəhəngi Amazon-a  açdığı iddia çərçivəsində yeni detallar açıqlanıb.

ABŞ-ın Federal Ticarət Komissiyası (FTC) şirkət qiymətləri 1 milyard dollardan çox artırmaq üçün alqoritmdən istifadə etdiyini bildirib.

Şirkət  "Prime" funksiyasının bir hissəsi olaraq satıcılardan logistika və çatdırılma xidmətlərindən necə istifadə etməyi tələb etdiyinə də aydınlıq gətirib.

FTC şirkəti  mövcud rəqiblərin böyüməsinə və yeni rəqiblərin meydana çıxmasına mane olan istisna davranışlar göstərməkdə  ittiham edib.

FTC, Amazon-un sifarişinin hər il pərakəndə satışda yüz milyardlarla dollara, iri və kiçik biznes tərəfindən satılan yüz minlərlə məhsula və yüz milyonlarla istehlakçıya təsir etdiyini bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram