Müəllif: Tamara Mustafayeva, Banco.az
E-ticarət nəhəngi “Amazon” istiqraz buraxılışından 12 milyard dollar hədəfləyir.
Banco.az xəbər verir ki, mövzuya yaxın mənbələrə görə, razılaşmanın ən uzun hissəsi olan 40 illik istiqraz üçün ilkin qiymət danışıqları Xəzinə istiqrazlarının təxminən 1,15 bənd üzərində bir premiumla həyata keçirilib.
İstiqraz satışını “Goldman Sachs Group Inc.”, “JPMorgan Chase & Co.” və “Morgan Stanley” idarə edir. Mənbələr bildiriblər ki, istiqraz satışından əldə olunacaq gəlir satınalmalardan tutmuş kapital xərclərinə, səhm geri alımlarına qədər müxtəlif məqsədlər üçün istifadə oluna bilər.
Bazar ertəsi günü baş tutan satış “Google”un ana şirkəti “Alphabet Inc.”in bu ayın əvvəlində ABŞ və Avropada 25 milyard dollarlıq istiqraz satmasından sonra gerçəkləşib. “Meta Platforms Inc.” isə ötən ay 30 milyard dollarlıq korporativ istiqraz sataraq ilin ən böyük istiqraz təklifini həyata keçirib. “Oracle Corp.” isə sentyabr ayında 18 milyard dollarlıq yüksəkkeyfiyyətli istiqraz satıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
