Müəllif: Tamara Mustafayeva, Banco.az
İqtisadi durğunluq və qeyri-adi yüksək faiz dərəcələri Almaniyada getdikcə daha çox şirkətin müflis olmasına səbəb olur.
Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) sentyabr ayı üzrə iflas müraciəti məlumatlarını açıqlayıb.
Məlumatlara görə, ölkədə iflas müraciətləri sentyabr ayında əvvəlki ilin eyni ayına görə 13,7 faiz artıb.
İflas halının məhkəmələrin ilkin qərarından sonra statistikaya daxil edildiyi vurğulanan hesabatda “2024-cü ilin iyun ayı istisna olmaqla, 2023-cü ilin iyun ayından etibarən illik əsasda müflisləşmələrdə ikirəqəmli artım templəri müşahidə olunur”, ifadələrinə yer verilib.
Hesabata görə, 2024-cü ilin sentyabr ayında ən çox iflas 10 min şirkətdə 10,8 iflas halı ilə nəqliyyat və anbar sektorunda müşahidə edilib. Bunu 10 min şirkətdə 8,5 iflas halı ilə tikinti sənayesi izləyib.
Şirkətlərin iflas iddiaları ilə bağlı kreditorlara ödənilməsi gözlənilən borc isə 3,2 milyard avro qeyd edilib. Sözügedən borc 2023-cü ilin iyul ayında təxminən 3,1 milyard avro idi.
Bizi sosial şəbəkələrdən izləyin!!