Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada investorların inamı dekabr ayında yaxşılaşıb.
Banco.az xəbər verir ki, ZEW investor proqnozları indeksi noyabr ayında qeydə alınan 38,5 səviyyəsindən 45,8-ə yüksəlib. Halbuki bazar gözləntiləri indeksin 38,4 səviyyəsində olacağı yönündə idi.
ZEW cari şərait indeksi isə mənfi 81 səviyyəsinə geriləyib. Gözlənti mənfi 80 idi. Qeyd edək ki, indeks noyabr ayında mənfi 78,7 səviyyəsində qeydə alınmışdı.
ZEW-in prezidenti Axım Vambax bildirib ki, üç il davam edən iqtisadi durğunluqdan sonra gözləntilər daha müsbət istiqamətə dəyişib və genişləndirici fiskal siyasətin Almaniya iqtisadiyyatına yeni dinamika qazandıracağı gözlənilir. Bununla belə, o, davamlı ticarət münaqişələri, geosiyasi gərginliklər və zəif investisiya mühiti səbəbindən 2026-cı ilə doğru islahat gündəmində bu məsələlərin mühüm yer tutacağını vurğulayaraq, “bərpanın hələ də kövrək olduğunu” qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
