Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada enerji qiymətlərinin ucuzlaşması ilə inflyasiya da azalmağa davam edir.
Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) fevral ayı üzrə qiymət artımları ilə bağlı yekun məlumatı açıqlayıb.
Məlumatlar göstərir ki, Almaniyada yanvar ayında 2,9 faiz olan illik inflyasiya, fevralda proqnozlara uyğun olaraq 2,5 faizə geriləyib. Bu göstəricilər fevralın 28-də açıqlanan ilkin məlumatları təsdiqləyib.
Bununla yanaşı, 2,5 faizlə illik inflyasiya 2021-ci ilin iyunundan bəri ən aşağı səviyyəyə düşüb. 2021-ci ilin isözügedən dövründə illik inflyasiya 2,4 faiz olaraq qeydə alınmışdı.
Ölkədə inflyasiya aylıq əsasda isə 0,4 faiz artıb və yekun məlumatlar ilkin məlumatları təsdiqləyib.
Qeyd edək ki, enerji və qida məhsullarının aylardır ən əhəmiyyətli “qiymət təyinediciləri” olduğu Almaniyada fevral ayında ərzaq qiymətləri illik 0,9 faiz artarkən, enerji qiymətləri isə 2,4 faiz azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!