Almaniyada fabrik və zavod sifarişləri kəskin azalıb | Banco.az

Almaniyada fabrik və zavod sifarişləri kəskin azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada fabrik sifarişləri avqust ayında əvvəlki ayla müqayisədə 5,8 faiz azalıb.

Banco.az xəbər verir ki, Almaniya Statistika İnstitutu (Destatis) avqust ayı üzrə zavod sifarişi məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, Almaniyada fabrik sifarişləri aylıq 5,8 faiz, illik isə 3,9 faiz azalıb.

“Bloomberg” sorğusunda iştirak edən iqtisadçılar aylıq 2 faiz, illik isə 1,6 faiz azalma gözləyirdilər.

Sözügedən hesabat Almaniya üçün əhəmiyyətli bir həftənin başlanğıcını göstərir. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sənaye istehsalı məlumatları çərşənbə axşamı, kansler Olaf Şolts tərəfindən hökumətin son iqtisadi proqnozları isə növbəti gün açıqlayacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et