Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniya Vaşinqtondan gömrük siyasəti ilə bağlı aydınlıq istəyib.
Banco.az xəbər verir ki, Almaniya hökumətinin sözçüsü Stefan Kornelius Berlində keçirdiyi mətbuat konfransında ABŞ Ali Məhkəməsinin gömrük rüsumları ilə bağlı ləğv qərarı və bunun ardınca Trampın elan etdiyi yeni vergi dərəcələri barədə açıqlama verib.
Kornelius bildirib ki, kansler Mertsın gələn həftə ABŞ-yə edəcəyi rəsmi səfər Vaşinqtonun yeni gömrük rüsumu addımı fonunda olduqca həssas bir dövrə təsadüf edir.
O qeyd edib ki, Almaniya hökuməti ilk növbədə yeni rüsumların texniki təfərrüatlarını və qüvvədə olan vergilərə mümkün geriyə təsirlərini təhlil edir. Kornelius bununla bağlı Vaşinqtondan təcili izahat gözlənildiyini vurğulayıb.
Sözçü əlavə edib ki, Almaniya hökuməti ABŞ-də qəbul edilən məhkəmə qərarını diqqətlə araşdırır və “real nəticələr və əhatə dairəsi tam şəkildə aydınlaşmadan” hər hansı addım atılmamalıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!
