Yaxın illərdə Almaniyadan Ukraynaya hərbi dəstəyin həcmi 40 milyard avroya çatacaq.
Banco.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatında deyilir.
Mülki əşyalar baxımından verilən yardımın həcmi 34 milyard avro təşkil edir. Vəsaitlər, digərləri ilə yanaşı, hava hücumundan müdafiə, geniş qış yardım proqramları, enerjinin bərpası, insanlara dəstək, humanitar yardım və minalardan təmizləmə və mülki təhlükəsizlik qüvvələri üçün zəruri ləvazimatların alınmasına yönəldilir.
Diplomatik departament vurğulayıb ki, Almaniya Ukraynanı Bundesver ehtiyatlarından texnika və silahlarla, eləcə də sənaye təchizatı ilə dəstəkləyir.
Daha əvvəl bildirilmişdi ki, NATO-ya üzv olan beş Avropa öıləsi ABŞ-da Ukrayna üçün silah alışı üçün ödənişin nəzərdə tutulduğu yeni mexanizm üçün vəsait ayırmağa razılaşıb .
Alman Dünya İqtisadiyyatı Kiel İnstitutunun (IfW Kiel) hesablamalarına görə, 2025-ci ilin ortalarına qədər Avropa Ukraynaya hərbi yardım baxımından ABŞ-ı geridə qoyub. Onun bu məqsədlər üçün xərcləri 35,1 milyard avro təşkil edib ki, bu da ABŞ-dan 4,4 milyard çoxdur.