Almaniya mərkəzi bankı 45 ildən sonra zərərlə üzləşib | Banco.az

Almaniya mərkəzi bankı 45 ildən sonra zərərlə üzləşib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bundesbank 45 ildən sonra zərərlə üzləşib.

Banco.az xəbər verir ki, Almaniya Mərkəzi Bankı (Bundesbank) artan faiz dərəcələrinin təsiri ilə ötən il üçün 19,8 milyard avro zərər açıqlayıb.

Bundesbank-ın prezidenti Yoahim Nagel Frankfurtda keçirdiyi mətbuat konfransında bankın 2024-cü ilə dair maliyyə hesabatını ictimaiyyətə təqdim edib.

Bundesbank-ın hesabatında bildirilir ki, bank 2023-cü il üçün 19,8 milyard avro zərər edib və bunun 700 milyon avroluq hissəsi risk ehtiyatlarından kompensasiya edilib.

Bankın zərərə düşməsinin əsas səbəbi aşağı faiz dərəcələri dövründə aldığı istiqrazlardan əldə olunan gəlirin aşağı olması və kommersiya bankalarına ödənilən faiz xərclərinin artmasıdır.

Qeyd edək ki, Avrozonadakı mərkəzi banklar kommersiya bankalarından qəbul etdikləri depozitlərə faiz ödəyir. Bu faiz dərəcəsi 2024-cü ilin iyun ayına qədər 4% səviyyəsində idi, lakin Avropa Mərkəzi Bankının faiz endirimlərindən sonra hazırda 2,75%-ə düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram