Müəllif: Mehin Qasımova, Banco.az
Avropa İttifaqına (Aİ) üzv ölkələr 2026-cı il yanvarın 1-də Bolqarıstanın avro valyutasına keçidini təsdiqləyib.
Banco.az xəbər verir ki, Aİ Şurası üzv ölkələrin maliyyə nazirlərinin gələn ilin əvvəlində Bolqarıstanı avro valyutasından istifadə etməyə hazır olduqlarını açıqlayıb.
"Avropa Şurası bu gün Bolqarıstanın 2026-cı il yanvarın 1-də avroya keçidi üçün tələb olunan son üç hüquqi tənzimləməni qəbul edib", - bəyanatda deyilir.
Açıqlamada Bolqarıstanın Avrozonaya 21-ci üzv olmaq üçün tələb olunan prosesi başa çatdırdığı qeyd edilərək, ölkənin bu məqsədlə intensiv və hərtərəfli hazırlıqlar gördüyü xatırladılıb.
Avropa Komissiyası və Avropa Mərkəzi Bankı (AMB) keçən ay 2007-ci ildən Aİ üzvü olan Bolqarıstanın gələn ilin əvvəlində avroya keçməyə hazır olmaqda qərarlı olduğunu açıqlamışdı.
Qeyd edək ki, avro 1999-cu ildə qüvvəyə minib və bu valyutanı qəbul edən Aİ ölkələrində 2002-ci ildə yeni əskinas və sikkələr dövriyyəyə buraxılıb.
Avropada təxminən 340 milyon insanın istifadə etdiyi avroya “Avropa Valyuta Vahidi”, “ecu” və “avro” da deyilir.
Avrozona adlanan ölkələrin pul siyasətini baş ofisi Frankfurtda yerləşən ECB həyata keçirir.