Aİ "Apple" şirkətinə 1,8 milyard avro cərimə kəsib | Banco.az

Aİ "Apple" şirkətinə 1,8 milyard avro cərimə kəsib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı “Apple” şirkətini 1,8 milyard avro məbləğində cərimələyib.

Banco.az xəbər verir ki, Avropa Komissiyası “Apple” şirkətini “Apple Store” tətbiqlərindən sui-istifadə etdiyi üçün cərimələyib.

Avropa Komissiyasının rəqabət üzrə rəhbəri Marqret Vestager bəyan edib:

“On ildir ki, Apple Apple Store vasitəsilə musiqi xidmətlərinin paylanmasında öz dominant bazar mövqeyindən sui-istifadə edərək tərtibatçıları Apple ekosistemindən kənar daha əlverişli alternativlərdən məhdudlaşdırır”.

“Apple” isə cəriməyə etiraz edərək bildirib ki, tənzimləyicilər rəqabətli, sürətlə inkişaf edən reallıqlara məhəl qoymurlar.

Xatırladaq ki, ABŞ-ın texnologiya nəhəngi “Apple”ın gəlirləri 30 dekabr 2023-cü ildə başa çatan üç aylıq dövrdə 119,6 milyard dollara, “iPhone” satışları isə 6 faiz artaraq 69,7 milyard dollara çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram