Aİ ABŞ ilə ticarət sazişi danışıqlarını sürətləndirəcək | Banco.az

Aİ ABŞ ilə ticarət sazişi danışıqlarını sürətləndirəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula Fon der Leyen ABŞ ilə ticarət razılaşması üzrə danışıqları sürətləndirməyə hazır olduqlarını açıqlayıb.

Banco.az xəbər verir ki, Fon der Leyen: “AB və ABŞ dünyanın ən önəmli ticarət tərəfdaşlarıdır”, deyə bildirib.

Avropa Komissiyasının prezidenti Ursula Fon der Leyen ABŞ Prezidenti Donald Tramp ilə keçirdiyi telefon danışığından sonra sosial media hesabında paylaşım edib.

Tramp ilə yaxşı bir görüş keçirdiyini vurğulayan von der Leyen, “Avropa İttifaqı və ABŞ dünyanın ən önəmli və yaxın ticarət münasibətlərini paylaşır” ifadəsini işlədib.

Fon der Leyen Avropanın ticarət razılaşmaları ilə bağlı danışıqları sürətli və qətiyyətli şəkildə aparmağa hazır olduğunu qeyd edərək, “Yaxşı bir razılaşmaya gəlmək üçün 9 iyul tarixinədək vaxta ehtiyacımız olacaq” deyə bildirib.

Tramp isə 23 may tarixində Truth Social platformasında paylaşdığı bəyanatda Aİ ilə aparılan ticarət danışıqlarında irəliləyiş əldə olunmadığını bildirərək, “Buna görə də, 1 iyun tarixindən etibarən Aİ-yə birbaşa 50 faiz tarif tətbiq olunmasını təklif edirəm. Lakin məhsul ABŞ-da yığılmış və ya istehsal olunmuşdursa, gömrük vergisi tətbiq olunmayacaq” ifadələrini işlədib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram