Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) Komissiyası İttifaqın 2028-2034-cü illər üçün büdcəsinin 2 trilyon avro olmasını və bunun çevik şəkildə istifadə oluna bilməsini istəyib.
Banco.az xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Brüsseldə keçirdiyi mətbuat konfransında Avropa İttifaqının (Aİ) 2028–2034-cü dövrünü əhatə edən Çoxillik Maliyyə Çərçivəsi (ÇMÇ) təklifini təqdim edib.
Fon der Leyen Avropanın öz hədəflərinə uyğun və qarşıya çıxan çətinliklərlə mübarizə aparmaq üçün kifayət qədər geniş bir büdcəyə ehtiyacı olduğunu vurğulayaraq, “Avropa Komissiyası 2028–2034-cü dövr üçün 2 trilyon avroluq büdcə təklifi hazırlayıb,” – deyib.
O bildirib ki, yeni büdcə əvvəlkindən daha böyükdür və strateji, çevik şəkildə ağıllı istifadə oluna bilər. Fon der Leyenin sözlərinə görə, Aİ ölkələrinin büdcəyə töhfələri sabit qalacaq, əlavə vəsait isə yeni öz mənbələrindən təmin olunacaq.
Fon der Leyen qeyd edib ki, büdcənin 865 milyard avrosu kənd təsərrüfatı, uyğunlaşdırma və sosial siyasətlərə yönəldiləcək. “Fermerlərə gəlir dəstəyi üçün 300 milyard avronu təmin edirik. Daha az inkişaf etmiş bölgələr üçün 218 milyard avro, balıqçılıq sahəsi üçün isə 2 milyard avro ayrılıb,” – deyə o əlavə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!