Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın elektron ticarət gəlirlərinin 2022-ci ildəki 1,762 milyard ABŞ dollardan 2027-ci ildə 3,448 milyard ABŞ dollarına qədər artacağını proqnozlaşdırır.
Bu barədə ADB xəbər verir.
Nəticədə Azərbaycan Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) iştirakçı ölkələri arasında Qazaxıstan (5,909 milyard ABŞ dolları), Pakistan (8,101 milyard ABŞ dolları) və Çindən (2,375 trilyon ABŞ dolları) sonra dördüncü yeri tutacaq.
Bankın gözləntilərinə görə, Azərbaycanda istifadəçi sayı 2025-ci ilin sonuna 3,9 milyon nəfər təşkil edəcək, 2026-cı ildə eyni səviyyədə qalacaq və 2027-ci ildə 4 milyona qədər artacaq.
