“AccessBank” 12 mln. manat məbləğində istiqrazın yerləşdirilməsinə başlayır | Banco.az

“AccessBank” 12 mln. manat məbləğində istiqrazın yerləşdirilməsinə başlayır

Bazar ertəsi “AccessBank” 12 mln. manat məbləğində istiqrazın yerləşdirilməsinə başlayır. Bu barədə Bakı Fond Birjasından məlumat verilib.

"“AccessBank”ın təmin edilməmiş istiqrazları BFB-nin qeyri-kotirovka vərəqəsinə daxil edilib. Dekabrın 29-dan etibarən bank istiqrazların yerləşdirilməsinə başlayır”, - deyə birjanın nümayəndəsi bildirib.

Emissiya bir qiymətli kağızın nominal dəyəri 1 min manat olan 12 min ədəd istiqraza bölünüb.

İstiqrazların yerləşdirilmə müddəti bir təqvim ili, gəlirlilik illik 9%-dir.

İstiqrazların yerləşdirilməsinin anderrayteri qismində “PAŞA Capital” MMC çıxış edir.

“AccessBank” istiqrazların yerləşdirilməsindən cəlb olunan vəsaiti Azərbaycanda kiçik biznesin kreditləşməsi, mikrokredit portfelinin artırılmasına yönəltməyi planlaşdırır.

“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Almaniyanın KfW bankı, “Access Holding” “LFS Financial Systems GmbH” şirkətləridir.

interfax.az