ABŞ və Çin liderləri İsveçdə görüşəcək | Banco.az

ABŞ və Çin liderləri İsveçdə görüşəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsveçin Baş naziri Ulf Kristersson gələn həftə ABŞ və Çin arasında davam edən ticarət danışıqlarının üçüncü raunduna İsveçin ev sahibliyi edəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, Kristersson sosial media hesabında paylaşdığı açıqlamada, iki ölkənin razılığa gəlmək məqsədilə bir araya gəlmək istəklərini müsbət inkişaf kimi qiymətləndirərək bildirib:
“Bu danışıqlar ilk növbədə ABŞ və Çin arasındakı münasibətlərə aiddir, lakin qlobal ticarət və iqtisadiyyata da mühüm təsiri var. Qarmaqarışıq qlobal şəraitdə qaydalara əsaslanan ticarəti və İsveçin iqtisadi maraqlarını qorumaq hökumətin əsas prioritetlərindən biridir. ABŞ və Çin nümayəndələrini İsveç torpağında qarşılamağı səbirsizliklə gözləyirəm.”

ABŞ Maliyyə naziri Skott Bessent isə Fox Business-a verdiyi açıqlamada bildirib ki, Stokholmda keçiriləcək görüşlərdə Çinlə birlikdə ABŞ Prezidenti Donald Trampın gömrük rüsumlarının müddətinin uzadılması məsələsini müzakirə etməyi gözləyir.

Bessent həmin müddətin 12 avqustda başa çatdığını xatırladaraq, bazar ertəsi və ya çərşənbə axşamı Çinli həmkarları ilə Stokholmda olacağını və çox güman ki, müddətin uzadılması üzərində işləyəcəklərini bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram