Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Tayvan Yarımkeçirici İstehsalat Şirkətinin (TSMC) çip avadanlıqlarını lisenziyasız Çinə göndərmək icazəsini ləğv etmək qərarına gəlib.
Banco.az xəbər verir ki, TSMC-nin mövzuya dair açıqlamasında bildirilib ki, ABŞ hökumətindən Nankindəki zavod üçün "Təsdiqlənmiş Son İstifadəçi (VEU)" Proqramı çərçivəsində verilmiş səlahiyyətlərin 31 dekabrdan etibarən ləğv ediləcəyinə dair bildiriş alınıb.
Açıqlamada qeyd olunub ki, şirkət vəziyyəti qiymətləndirib ABŞ hökuməti ilə əlaqə saxlamaq da daxil olmaqla uyğun tədbirlər görüb və TSMC-nin Nankin zavodunun fasiləsiz fəaliyyətini təmin etməkdə qətiyyətli olduğu vurğulanıb.
VEU Proqramı çərçivəsində xarici çip istehsalçılarına Çində yarımkeçirici istehsalı üçün ABŞ mənşəli malların, proqram təminatlarının və texnologiyaların böyük hissəsini lisenziyasız ixrac etməyə icazə verilirdi.
ABŞ Ticarət Nazirliyi ötən həftə ixrac nəzarətində yaranan bu boşluğu bağladığını açıqlamışdı.
Açıqlamada həmçinin qeyd olunub ki, şirkətlərin lisenziya azadolma müddətinin başa çatmasına qədər 120 gün vaxtı var və bu müddət ərzində ixrac lisenziyası üçün müraciət edilməlidir.
Bizi sosial şəbəkələrdən izləyin!!