ABŞ Tayland və Kambocaya 45 milyon dollar yardım ayırdı | Banco.az

ABŞ Tayland və Kambocaya 45 milyon dollar yardım ayırdı

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Tayland və Kambocaya 45 milyon dollar yardım ayırdı.

Banco.az xəbər verir ki, ABŞ Dövlət Katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Maykl DeSombre regional sabitliyi gücləndirmək üçün Tayland və Kambocaya ümumilikdə 45 milyon dollar yardım göstəriləcəyini açıqlayıb.

Taylandın paytaxtı Banqkokda çıxış edən DeSombre, 2025-ci ildəki münaqişədən sonra Tayland və Kamboca arasında atəşkəs və gələcək planlar barədə şərh verib.

DeSombre sərhəd boyunca sülhün bərqərar olmasının ABŞ-ın hər iki ölkə ilə əməkdaşlığını dərinləşdirmək üçün yeni imkanlar yaratdığını bildirib və bu çərçivədə Tayland və Kambocaya 45 milyon dollar yardım göstəriləcəyini açıqlayıb.

DeSombre bildirib ki, yardım üç başlıq altında planlaşdırılıb: sərhəd sabitliyi üçün 15 milyon dollar, mina təmizləmə səyləri üçün 10 milyon dollar və hər iki ölkəyə fırıldaqçılıq və narkotik qaçaqmalçılığına qarşı mübarizədə dəstək olmaq üçün 20 milyon dollar.