ABŞ "Nvidia" çiplərini Çinə satmağı planlaşdırır | Banco.az

ABŞ "Nvidia" çiplərini Çinə satmağı planlaşdırır

Müəllif:Mehin Qasımova,Banco.az

Tramp administrasiyası Nvidia-nın H200 süni intellekt çiplərinin Çinə satışına qoyulan qadağanı yenidən qiymətləndirməyə başlayıb.

Banco.az xəbər verir ki, mənbələr bildiriblər ki, ABŞ Ticarət Departamenti Çinə bu cür çip satışını qadağan edən mövcud siyasəti yenidən qiymətləndirir və planların dəyişdirilməsi ehtimalı var.

Mənbələr qərarın hələ yekunlaşmadığını və bu danışıqların ixrac lisenziyasının təsdiqinə gətirib çıxara bilməyəcəyini də vurğuladı.

Bu addım Tramp və Çin prezidenti Xi Jinping keçən ay Busanda ticarət və texnologiya müharibəsini dayandıran atəşkəs sazişi imzaladıqdan sonra Vaşinqtonun Pekinə qarşı daha yumşaq mövqe tutduğunu göstərir.

Bu arada Vaşinqtonda Çin əleyhinə olan şəxslər narahatdırlar ki, Çinə qabaqcıl süni intellekt çiplərinin satışı Pekinin hərbi imkanlarını gücləndirə bilər.