Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ-nin dövlət borcu yeni maliyyə ilinin başlanğıcı ilə 347,6 milyard dollar artıb.
Banco.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.
ABŞ-nin maliyyə ili oktyabrın 1-dən sentyabrın 30-dək davam edir. Köhnə maliyyə ilinin son günündə məlum olub ki, dövlətin borcu 143.3 milyard dollar, oktyabrın 1-də isə daha 204.3 milyard artıb. ABŞ borcunun ümumi məbləği rekord həddə - 35.67 trilyon dollara çatıb.
Maliyyə Nazirliyi, həmçinin borcun kəskin artdığı əsas maddələri açıqlayıb: dövlət idarələri qarşısında öhdəliklər - 243.8 milyard, fiziki şəxslər, biznes və dünyanın qalan hissəsi qarşısında öhdəliklər - 103.8 milyard.
Beynəlxalq Valyuta Fondu iyunun sonunda qeyd edib ki, 2032-ci ilə qədər ABŞ-nin dövlət borcu ÜDM-in 140%-ni keçə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!