Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ-nin büdcə kəsiri dekabrda 86,732 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən (129,354 milyard dollar) 33% azdır.
Banco.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
Büdcə gəlirləri ötən ay 5,8% artaraq bir il əvvəlki 429,311 milyard dollarla müqayisədə 454,415 milyard dollara çatıb. Xərclər isə 3,1% azalaraq 558,665 milyard dollardan 541,146 milyard dollara düşüb.
ABŞ hökumətinin 2024-cü maliyyə ili üçün büdcəsinin sentyabrın 30-da başa çatan mənfi saldosu 8% artaraq 1,833 trilyon dollar təşkil edib.
Qeyd edək ki, 2020-ci maliyyə ilinin sonunda ölkədə 3,1 trilyon dollarlıq rekord kəsir qeydə alınıb. Sonuncu dəfə büdcə profisiti 2001-ci maliyyə ilində olub.