Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ sanksiyalardan yayınma ilə mübarizə aparmaq üçün kriptovalyuta şəbəkəsinə qarşı tədbir gördüyünü bildirib.
Banco.az xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.
“Ədliyyə Departamenti, Xəzinədarlıq Departamenti və ABŞ Məxfi Xidməti bu gün beynəlxalq tərəfdaşlarla koordinasiyada qlobal kriptovalyuta şəbəkəsini pozmaq üçün hərəkətə keçib”, - bəyanatda bildirilir.
Amerika administrasiyasına görə, bu, iddia edilən “Rusiyanın sanksiyalardan yayınması və çirkli pulların yuyulması” ilə mübarizə məqsədilə edilib.
Sənəddə həmçinin bildirilir ki, ABŞ “Rusiya hərbi-sənaye kompleksini resurs bazasından məhrum etməkdə davam edəcək”.
Bizi sosial şəbəkələrdən izləyin!!