Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın xarici ticarət kəsiri ötən ilin noyabr ayında aylıq 2 faiz azalaraq 63,2 milyard dollar olub.
Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi 2023-cü ilin noyabr ayı üzrə xarici ticarət məlumatlarını açıqlayıb.
Məlumatlara göstərir ki, ölkənin xarici ticarət kəsiri 2023-cü ilin noyabr ayında əvvəlki ayla müqayisədə 2 faiz azalaraq 63,2 milyard dollara geriləyib.
Bazarların proqnozu bu dövrdə xarici ticarət kəsirinin 65 milyard dollar olacağı istiqamətində idi. Oktyabrda isə xarici ticarət kəsiri 64,5 milyard dollar olaraq qeyd edilmişdi.
Qeyd edək ki, noyabrda ölkənin ixracı 1,9 faiz azalaraq 253,7 milyard dollar, idxalı isə 1,9 faiz azalaraq 316,9 milyard dollar hesablanıb.
Sözügedən dövrdə ABŞ-ın ən böyük ticarət kəsiri 21,5 milyard dollarla Çinə qarşı reallaşıb. Noyabr ayında ölkənin Avropa İttifaqı (Aİ) və Çinlə ticarət kəsiri azaldığı halda, İsveçrə ilə ticarət kəsiri artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!