ABŞ-ın xam neft ehtiyatları 2,4 milyon barel artıb | Banco.az

ABŞ-ın xam neft ehtiyatları 2,4 milyon barel artıb

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-ın kommersiya xam neft ehtiyatları keçən həftə əvvəlki həftə ilə müqayisədə 2,4 milyon barrel artıb.

Banco.az xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının keçən həftə 2,4 milyon barel artaraq 420,7 milyon barrelə çatdığını açıqlayıb.

Bazar gözləntiləri təxminən 2 milyon barrel azalma ilə bağlı idi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları 500 min barel artaraq 404 milyon 700 min barelə çatıb.

Bu dövrdə ABŞ-ın benzin ehtiyatları təxminən 3,8 milyon barel azalaraq 218,5 milyon barrelə düşüb.

ABŞ-ın gündəlik xam neft hasilatı 23-29 avqust həftəsində 16 min barrel azalaraq 13 milyon 423 min barrelə düşüb.

Digər tərəfdən, ölkənin xam neft idxalı əvvəlki həftə ilə müqayisədə gündəlik 508 min barrel azalaraq 6 milyon 742 min barrelə, xam neft ixracı isə gündəlik 74 min barrel artaraq 3 milyon 884 min barelə çatıb.

EIA-nın 2025-ci ilin avqust ayı üzrə hesabatına görə, ABŞ-ın bu il orta gündəlik xam neft hasilatının 13,41 milyon barrel olacağı gözlənilir.