Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın yeraltı qaz anbarlarında təbii qaz ehtiyatları soyuq hava səbəbindən rekord səviyyədə azalıb.
Banco.az xəbər verir ki, Energetika Nazirliyinin məlumatına görə, ötən həftə ehtiyatlar 360 milyard kub fut azalaraq 2,46 trilyon kub futa düşüb.
Əvvəlki rekord 2018-ci ilin yanvar ayında 359 milyard kub fut idi. Son beş ildə bu dövrdə orta hesabla ehtiyatlar 190 milyard kub fut azalıb. Analitiklər isə WSJ sorğusuna görə, ehtiyatların orta hesabla 374 milyard kub fut azalacağını gözləyirdilər.
Hazırda ümumi ehtiyat səviyyələri beş illik orta səviyyədən 27 milyard kub fut aşağıdır. Soyuq hava şəraiti istilik yanacağına tələbatı artırıb və qaz istehsalına mənfi təsir göstərib.
Nyu-York Ticarət Birjasında (NYMEX) mart ayı fyuçersləri Energetika Nazirliyinin hesabatının açıqlanmasından sonra milyon BTU üçün əvvəl 3,5 dollardan 3,33 dollara düşüb.
