ABŞ-ın neft ehtiyatları artıb | Banco.az

ABŞ-ın neft ehtiyatları artıb

Müəllif:Mehin Qasımova,Banco.az 

ABŞ-ın neft ehtiyatları bir həftə ərzində 3,1 milyon barel artıb.

Banco.az xəbər verir ki, ABŞ Energetika Nazirliyinin məlumatına görə, ABŞ-ın kommersiya neft ehtiyatları ötən həftə 3,08 milyon barel artaraq 464,7 milyon barelə çatıb.

Ehtiyatların hazırkı səviyyəsinin ilin bu dövrü üçün beş illik orta səviyyədən 2% yüksək olduğu açıqlanıb.

Benzin ehtiyatları 1,59 milyon barel, distillə edilmiş benzin ehtiyatları isə 3,14 milyon barel azalıb.

Analitiklər orta hesabla neft ehtiyatlarının 700.000 barel artacağını, benzin və distillat ehtiyatlarının isə müvafiq olaraq 1,4 milyon barel və 1,5 milyon barel azalacağını proqnozlaşdırırdılar.