ABŞ iki həftə ərzində ölkələrə vergi məktubları göndərəcək | Banco.az

ABŞ iki həftə ərzində ölkələrə vergi məktubları göndərəcək

Müəllif:Mehin Qasımova,Banco.az

Tramp paytaxt Vaşinqtondakı Kennedi Mərkəzinə daxil olarkən mətbuat mənsublarının suallarını cavablandırıb.

Banco.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp, təxminən iki həftə ərzində ölkələrə vergi dərəcələrini ehtiva edən razılaşma məktubları göndərməyi planlaşdırdıqlarını açıqlayıb.

Ticarət danışıqları üçün son tarixi uzatmağı düşünüb-görməyəcəyiniz barədə suala Tramp belə cavab verdi: “Mən edərdim, amma buna ehtiyacımız olacağını düşünmürəm”.

Çinlə "gözəl" bir müqavilə bağladıqlarını deyən Tramp, razılaşmadan çox məmnun olduqlarını və lazım olan hər şeyə sahib olduqlarını bildirib.

Daha əvvəl İngiltərə ilə ticarət müqaviləsi imzalandığını xatırladan Tramp, "Hazırda razılaşmalar baxımından çox yaxşı gedirik" dedi.

Bir çox ölkənin onlarla razılaşmaq istədiyini bildirən Tramp Yaponiya, Cənubi Koreya və bir çox başqa ölkə ilə görüşdüklərini bildirib.

"Hazırda təxminən 15 ölkə ilə danışırıq, lakin bildiyiniz kimi, ümumilikdə 150-dən çox ölkə var və biz onların hamısı ilə danışa bilmərik. Beləliklə, təxminən bir həftə yarım, iki həftə ərzində bəzi ölkələrə məktublar göndərəcəyik və onlara razılaşmanın nədən ibarət olduğunu deyəcəyik", - Tramp bildirib.