ABŞ Hindistana 3,1 milyard dollar dəyərində xidmətlər təklif edib | Banco.az

ABŞ Hindistana 3,1 milyard dollar dəyərində xidmətlər təklif edib

Müəllif: Ayşən İmanova/Banco.az

ABŞ Hindistana ölkədə qabaqcıl pilotsuz uçuş aparatlarının (PUA) inkişafı üçün 3,1 milyard dollar dəyərində məsləhət xidmətləri təklif edib.

Banco.az xəbər verir ki, bu barədə “The Economic Times” məlumat yayıb.

Məlumaya görə, bu təkliflər Hindistanın ABŞ-dan 31 ədəd “MQ-9B” kəşfiyyat aparatının alınması ilə bağlı danışıqlar zamanı irəli sürülüb.

Razılaşmanın Hindistan hökumətinin Baş nazir Narendra Modinin sədrliyi ilə keçiriləcək Müdafiə Alma Şurasının qarşıdakı iclasında nəzərdən keçiriləcəyi və təsdiqlənəcəyi gözlənilir.