Müəllif: Gülnar Əhmədli, Banco.az
ABŞ-dən fiziki şəxslər tərəfindən 2025-ci ilin birinci rübündə Azərbaycana 23 milyon 268 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 61,4% (8 milyon 853 min dollar) çoxdur. Ötən ilin yanvar-mart aylarında bu məbləğ 14 milyon 415 min dollara bərabər olub.
Qeyd edək ki, birinci rübdə ABŞ-dən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 10,1% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!