ABŞ-də "Qara cümə" günü onlayn alış-veriş üzrə rekord qeydə alındı | Banco.az

ABŞ-də "Qara cümə" günü onlayn alış-veriş üzrə rekord qeydə alındı

Müəllif:Mehin Qasımova,Banco.az

"Adobe Analytics"in açıqladığı son hesabat göstərir ki, amerikalılar bu il "Qara Cümə" günündə onlayn alış-verişi artırıblar.

Şükran Günündən sonrakı gündə onlayn satışlar illik müqayisədə 9,1% yüksələrək 11,8 milyard dollara çatıb.

Banco.az xəbər verir ki, bu rəqəm "Qara Cümə" tarixində yeni rekord hesab olunur.

Hesabata görə, alıcıların süni intellekt əsaslı alış-veriş alətlərindən istifadə halları da əhəmiyyətli dərəcədə artıb.

Walmart-ın Sparky və Amazon-un yeni təqdim etdiyi "Rufus" alətləri istifadəçilərə mağazalar üzrə qiymətləri müqayisə etməyə şərait yaradır və alış prosesini sürətləndirir.

"Qara Cümə" gününün ən çox satılan məhsulları sırasında "LEGO" dəstləri, "Pokemon" kartları, "Nintendo Switc"h və "PlayStation 5" kimi oyun konsolları, həmçinin "AirPods" və "KitchenAid" mikserləri yer alıb.