ABŞ “Danske Bank” işində kömək etdiyi üçün Estoniyaya 50 milyon dollar vəsait verəcək | Banco.az

ABŞ “Danske Bank” işində kömək etdiyi üçün Estoniyaya 50 milyon dollar vəsait verəcək

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ-nin Ədliyyə Nazirliyi müsadirə edilmiş 50 milyon dollarlıq aktivləri Danimarkanın “Danske Bank”ında çirkli pulların yuyulması ilə bağlı təhqiqata kömək etdikləri üçün Estoniya hakimiyyət orqanlarına təhvil vermək qərarına gəlib.

Banco.az xəbər verir ki, bu barədə Nazirliyin məlumatında deyilir.

Estoniya hakimiyyət orqanları bu vəsaitləri maliyyə və transsərhəd cinayətlərlə mübarizə, eləcə də oğurlanmış digər aktivlərin bərpası üçün istifadə etməyi öhdəsinə götürüb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2022-ci ilin dekabr ayında “Danske Bank” Estoniya filialının müştəriləri ilə birgə ABŞ banklarını və nəzarət orqanlarını aldadaraq ABŞ maliyyə sisteminə daxil olmaq məqsədilə əməkdaşlıq etməklə bağlı günahını etiraf edib. Bank 2,06 milyard dolların müsadirə olunmasına razılaşıb.

Araşdırmanın nəticələrinə görə, 2007-2015-ci illər ərzində “Danske Bank”ın Estoniya filialı vasitəsilə xarici müştərilərin təxminən 1,5 trilyon kronu (230 milyard dollar) keçib. Bu məbləğin əsas hissəsinin mənşəyi şübhələr doğurub. Təhqiqat başladıqdan sonra “Danske Bank”ın baş direktoru Tomas Borqen istefa verib. 2019-cu ildə isə Estoniya filialı bağlanıb.