ABŞ-da neft ehtiyatları həftə ərzində 9,29 milyon barel azalıb | Banco.az

ABŞ-da neft ehtiyatları həftə ərzində 9,29 milyon barel azalıb

Müəllif - Fərid İslamov - Banco.az

ABŞ-da ticarət neft ehtiyatları keçən həftə 13 iyun tarixindən bəri maksimum səviyyədə, yəni 9,29 milyon barel azalaraq 415,4 milyon barel olub. Bu barədə Energetika Nazirliyinin həftəlik hesabatında bildirilir.

Ekspertlər orta hesabla ehtiyatların 1,5 milyon barel azalmasını gözləyirdilər.

12 sentyabrla bitən həftədə benzin ehtiyatları 2,35 milyon barel azalıb, distillatlardan ibarət məhsullar isə 4,05 milyon barel artıb.

Nyu-York Mal Birjasında (NYMEX) ticarət olunan neftin saxlanıldığı Cushing terminalındakı ehtiyatlar 296 min barel azalıb.