ABŞ-da neft ehtiyatları həftə ərzində 3,94 milyon barel artıb | Banco.az

ABŞ-da neft ehtiyatları həftə ərzində 3,94 milyon barel artıb

Müəllif  - Fərid İslamov - Banco.az

ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə 3,94 milyon barel artaraq 424,6 milyon barelə çatıb, – bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

Trading Economics portalının sorğu apardığı ekspertlər isə, əksinə, ehtiyatların 1,1 milyon barel azalacağını gözləyirdilər.

5 sentyabrda başa çatan həftədə benzinin mal ehtiyatları 1,46 milyon barel, distillatların ehtiyatları isə 4,72 milyon barel artıb.

NYMEX birjasında ticarət olunan neftin saxlandığı Kuşinq terminalında isə ehtiyatlar 365 min barel azalıb.