Müəllif - Fərid İslamov - Banco.az
ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə ərzində 3,43 milyon barel azalıb, bu isə iyul ayından bəri ən sürətli azalma olub. Məlumatı ölkənin Energetika Nazirliyi yayıb.
Trading Economics məlumatına görə, analitiklər orta hesabla ehtiyatların cəmi 600 min barel azalacağını proqnozlaşdırmışdılar.
14 noyabrda başa çatan həftə ərzində isə benzin ehtiyatları 2,33 milyon barel, dizel və digər distillat ehtiyatları isə 171 min barel artıb.
Ekspertlər əksinə, benzin ehtiyatlarının 200 min barel, distillatların isə 1,2 milyon barel azalacağını gözləyirdilər.
Nyu-York Əmtəə Birjasında (NYMEX) ticarət olunan neftin saxlandığı Kuşinq terminalındakı ehtiyatlar isə 698 min barel azalıb. Bir həftə öncə bu göstərici 346 min barel azalmışdı.
