ABŞ-da istehlakçı inamı son 3 ilin ən aşağı səviyyəsindədir | Banco.az

ABŞ-da istehlakçı inamı son 3 ilin ən aşağı səviyyəsindədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Amerikalıların Prezident Donald Trampın ticarət müharibəsinin inflyasiyanı daha da pisləşdirəcəyindən narahat olması səbəbindən ölkədə istehlakçı inamı may ayında beşinci ay azalıb.

Banco.az xəbər verir ki, Miçiqan Universiteti amerikalı istehlakçıların meylləri əsasında hazırladığı istehlakçı etimad indeksinin may ayına dair ilkin məlumatlarını açıqlayıb.

Buna əsasən, istehlakçı inam indeksi may ayında əvvəlki ayla müqayisədə 1,4 bənd azalaraq 50,8-ə enib.

Beş aydır ardıcıl olaraq azalan istehlakçı etimad indeksi, 2022-ci ilin iyun ayından bəri ən aşağı səviyyəsini qeydə alıb.

Bazar gözləntilərinin altında qalan istehlakçı inam indeksinin bu dövrdə 53,1 olması proqnozlaşdırılırdı. İndeks apreldə 52,2 dəyərində olmuşdu.

Amerikalıların hazırkı maliyyə vəziyyətlərinə dair qiymətləndirmələrini ölçən mövcud iqtisadi şərait indeksi may ayında aylıq müqayisədə 2,2 bənd azalaraq 57,6-ya düşüb.

İstehlakçıların uzunmüddətli proqnozlarını əks etdirən istehlakçı proqnozları indeksi də eyni dövrdə 0,8 bənd azalaraq 46,5-ə enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram