ABŞ-da işsizlik müavinəti üçün müraciətlər proqnozlardan az olub | Banco.az

ABŞ-da işsizlik müavinəti üçün müraciətlər proqnozlardan az olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da işsizlik müavinəti üçün müraciətlər proqnozlardan az olub.

Banco.az xəbər verir ki, ABŞ-da işsizlik müavinəti üçün müraciətlərin sayı ötən həftə azalaraq, ilin bu dövründə məlumatlarda müşahidə olunan mövsümi dalğalanmaları bir daha ön plana çıxarıb.

Əmək Nazirliyi tərəfindən yayımlanan məlumatlara əsasən, 20 dekabrda başa çatan həftədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 10 min nəfər azalaraq 214 minə enib.

“Bloomberg”in iqtisadçılar arasında keçirdiyi sorğularda formalaşan ümumi gözlənti isə müraciətlərin 224 min səviyyəsində olacağı yönündə idi.

Müavinət alanların ümumi sayını ifadə edən “davam edən müraciətlər” isə əvvəlki həftə 1,92 milyon səviyyəsinə yüksəlib. Yeni müraciətlər, bayram və tətil dövrlərində ənənəvi olaraq müşahidə edildiyi kimi, son həftələrdə kifayət qədər dəyişkən dinamika nümayiş etdirir.

Mütəxəssislər qeyd edirlər ki, tətil mövsümünün yaratdığı bu hərəkətlilik məlumatlarda müvəqqəti oynaqılığa səbəb olur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram