Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da ipoteka faiz dərəcələri ötən iki ayın ən yüksək səviyyəsinə çatıb.
Banco.az xəbər verir ki, İpoteka Bankları Assosiasiyası (MBA) fevralın 9-da başa çatan həftənin ipoteka məlumatlarını açıqlayıb.
Məlumatlar göstərir ki, ipoteka müraciətləri ötən həftə əvvəlki həftəyə görə 2,3 faiz azalıb.
Bu dövrdə mənzil almaq üçün müraciətlər 3 faiz, yenidən maliyyələşdirmə müraciətləri isə 2 faiz azalıb.
Ölkədə 30 illik ipoteka krediti üzrə orta faiz dərəcəsi 6,80 faizdən 6,87 faizə yüksəlib. Həmin dövrdə 15 illik ipoteka üzrə orta faiz dərəcəsi də 6,14 faizdən 6,30 faizə yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!