Müəllif: Tamara Mustafayeva, Banco.az
Milli Daşınmaz Əmlakçılar Assosiasiyası (NAR) oktyabr ayına dair ikinci əl mənzil satış göstəricilərini açıqlayıb.
Banco.az xəbər verir ki, məlumatlara görə, ABŞ-da ikinci əl mənzil satışları mövsümi təsirlərdən təmizlənmiş şəkildə oktyabr ayında aylıq əsasda 1,2 faiz artaraq 4,1 milyonadək yüksəlib.
Bloomberg sorğusunda iqtisadçıların orta proqnozu satışların 4,08 milyon səviyyəsində olacağı istiqamətində idi. Beləliklə, oktyabr ayında gözləntilərlə paralel şəkildə baş verən mənzil satışları noyabr ayında gözləntiləri üstələyib.
Orta satış qiyməti isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq 415 min 200 dollara çatıb və 2023-cü ilin ortalarından bəri davam edən illik qiymət artımı tendensiyasını qoruyub.
Federal hökumətin bağlı olduğu oktyabr ayında satışlarda müşahidə edilən artım ilin ikinci yüksəlişi olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
