Müəllif - Eldar Kərimov- Banco.az
ABŞ-da fevralda istehlak qiymətləri indeksi (CPI) ötən ilin eyni ayı ilə müqayisədə 2,8% artıb. Bu barədə ölkənin Əmək Nazirliyi məlumat verib.
Beləliklə, artım tempi yanvardakı 3%-lə müqayisədə azalıb.
"Bloomberg"in məlumatlarına görə, analitiklərin orta proqnozu inflyasiyanın 2,9%-ə qədər yavaşlayacağını nəzərdə tuturdu.
Keçən ay ABŞ-da enerji daşıyıcıları illik ifadədə 0,2% ucuzlaşıb, bu, yanvarda 1% artımdan sonra baş verib. Benzin qiymətləri 0,2% ucuzlaşmadan sonra 3,1% düşüb.
Qida məhsullarının qiymət artımı 2,5%-dən 2,6%-ə qədər sürətlənib, nəqliyyat xidmətlərinin qiymət artımı isə 8%-dən 6%-ə qədər yavaşlayıb.
Yeni avtomobillər 0,3% ucuzlaşıb, işlənmiş avtomobillər isə 0,8% bahalaşıb.
Fevralda CPI indeksi əvvəlki ayla müqayisədə 0,2% artıb. "Trading Economics"in orta qiymətləndirmələrinə görə, ekspertlər artım templərinin yanvardakı 0,5%-dən 0,3%-ə qədər azalacağını gözləyirdilər.