ABŞ-da ev satışları gözləniləndən aşağıdır | Banco.az

ABŞ-da ev satışları gözləniləndən aşağıdır

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Milli Rieltorlar Assosiasiyası (NAR) iyun ayına dair ikinci əl mənzil satış göstəricilərini açıqlayıb.

Banco.az xəbər verir ki, buna əsasən, ölkədə ikinci əl mənzil satışlarının sayı iyun ayında mövsümi təsirlərdən arındırılmış şəkildə aylıq müqayisədə 2,7 faiz azalaraq 3,93 milyona enib.

Keçən ilin sentyabr ayından bəri ən aşağı səviyyəyə düşən bu göstərici ilə bağlı bazar gözləntisi satışların 4 milyon səviyyəsində olması idi. May ayında ikinci əl mənzil satışları 1 faiz artaraq 4,04 milyon olaraq qeydə alınmışdı.

ABŞ-da ikinci əl mənzil bazarında median (orta) mənzil qiyməti iyun ayında illik müqayisədə 2 faiz artaraq 435 min 300 dollar olub və bu, bütün zamanların ən yüksək iyun ayı səviyyəsi kimi qeydə alınıb.

Beləliklə, ölkədə median mənzil qiymətləri ardıcıl olaraq 24-cü ayda da illik əsasda artmağa davam edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram