Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ və Çin arasındakı süni intellekt yarışında ABŞ dünyada ən çox istifadə edilən süni intellekt vasitələrinə sahibdir, Çin isə son illərdə etdiyi sərmayələrlə 2030-cu ilə qədər bu sahədə zirvədə olmaq istəyir.
Banco.az xəbər verir ki, "ABŞ-Çin Texnologiya Rəqabəti" başlıqlı sənədin ilk xəbərində texnologiya yarışının ən mühüm sahələrindən biri olan süni intellektin iki ölkə arasındakı münasibətlərə necə təsir etdiyi mövzu olaraq seçilib.
Toplanan məlumatlara əsasən, ABŞ və Çin arasında ticarət müharibələri qarşılıqlı tariflərlə qızışdığı bir zamanda, bu prosesin bir hissəsi olan texnoloji rəqabət də son illərdə böyük əhəmiyyət qazanıb.
Ən çox istinad edilən süni intellekt araşdırmaları ABŞ-dan gəlir
Stenford Universiteti tərəfindən yayımlanan Süni İntellekt İndeksi Hesabatına əsasən, Çin süni intellekt sahəsində miqdar baxımından dünyada ən çox məqalə və elmi nəşr istehsal edən ölkədir. Lakin keyfiyyət baxımından ABŞ Çinlə müqayisədə ön sırada yer alır.
Bizi sosial şəbəkələrdən izləyin!!