ABŞ-Çin ticarət danışıqlarının üçüncü raundu başlayır | Banco.az

ABŞ-Çin ticarət danışıqlarının üçüncü raundu başlayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsveçin paytaxtı Stokholmda ABŞ və Çin arasında davam edən ticarət danışıqlarının üçüncü raundu başlayıb.

Banco.az xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, iki gün davam edəcək görüşlərdə ABŞ tərəfini Xəzinə Katibi Skott Bessent, Çin tərəfini isə İqtisadi Əlaqələrə cavabdeh Baş nazirin müavini Xı Lıfinq rəhbərliyindəki heyət təmsil edəcək.

ABŞ və Çin rəsmilərinin gündəmində "tarif atəşkəsinin" müddətinin uzadılması, fentanil qaçaqmalçılığı ilə bağlı tariflər və Çinin sanksiyalar altındakı Rusiya və İrandan neft alışı kimi mövzular yer alacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram