Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın dövlət büdcəsində 314 milyard dollar kəsir yaranıb.
Banco.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi noyabr ayı üzrə büdcə balansı hesabatını dərc edib.
Hesabata görə, federal hökumətin 1 oktyabr 2023-cü ildə başlayan və 30 sentyabr 2024-cü ildə sona çatacaq 2024 maliyyə ilinin noyabr ayı üzrə büdcə kəsiri 314 milyard dollar olaraq hesablanıb.
Federal hökumət ötən ilin eyni ayında 249 milyard dollarlıq büdcə kəsiri ilə üzləşmişdi. Bu da onu göstərir ki, noyabrda büdcə kəsiri ötən ilin eyni ayı ilə müqayisədə 26 faiz artıb.
Bu dövrdə büdcə balansı ilə bağlı bazar proqnozu noyabr ayında büdcənin 301,1 milyard dollar kəsir verəcəyi istiqamətində idi.
Qeyd edək ki, Federal hökumətin büdcə kəsiri yüksək faiz xərcləri və digər xərclərin təsiri ilə noyabr ayı rekordunu qırmaqla yanaşı, mart ayından bəri ən yüksək həddə çatıb. Noyabrda hökumətin gəlirləri ötən ilin eyni ayına görə 9 faiz artaraq 275 milyard dollar olarkən, xərcləri 18 faiz artaraq 589 milyard dollara çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!